RU

Bəşər Əsəddən Türkiyə ilə bağlı “yaşıl işıq”: Bu, ilkin şərt deyil

Suriya lideri Bəşər Əsəd Ankara ilə Dəməşq arasında mümkün yüksək səviyyəli normallaşma danışıqlarının başlanmasına müsbət cavab verib.

Publika.az xəbər verir ki, Əsəd Türkiyənin Suriyadan hərbi qüvvələrini çəkməsinin danışıqların başlaması üçün ilkin şərt olmadığını bildirib.

Lider hər iki ölkənin suverenliyinə zəmanət verən və gələcək danışıqlar üçün yol xəritəsini müəyyən edən sazişin imzalanmasına çağırıb: “Türkiyə qüvvələrini geri çəkməsə, danışıqlara başlamayacağımız doğru deyil”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da addıma müsbət cavab verəcəklərini qeyd edib: “Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atan kimi ona qarşı bu yanaşmanı göstərəcəyik. Çünki dünən biz Suriya ilə düşmən deyildik, Əsədlə ailəlikcə görüşürdük. Biz dəvətimizi edəcəyik. Bu dəvətlə Türkiyə-Suriya münasibətlərini keçmişdə olduğu nöqtəyə gətirmək istəyirik”.

Избранный
82
10
publika.az

10Источники