Bakı. Trend:
Avqustun 27-də Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyevinrəhbərliyi altında Təşkilat Komitəsinin bir sıra üzvləri BakıOlimpiya Stadionuna baş çəkiblər.
Trend xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkətitərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimatkeçirilib.
Sonra Prezident Administrasiyasının rəhbəri və onu müşayiət edənşəxslər Mavi və Yaşıl zonalar, o cümlədən Liderlər Sammiti, ölkəpavilyonları, plenar zallar, əlavə tədbirlər, media üçün ayrılmışməkan və digər məntəqələrə baxış keçirib, infrastrukturun qurulmasıüzrə aparılan işlərlə tanış olublar.
Sonda Təşkilat Komitəsinin sədri Samir Nuriyev aidiyyətiməsələlər üzrə tapşırıqlar verib.