RU

Onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək - VİDEO

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 55 656 nəfər universitetlərə qəbul olunub.Gender.Az Xezerxeber.az-a istinadla xəbər verir ki, onlardan 27 117 nəfəri dövlət sifarişi əsasında, 28 539-u isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, ödənişli əsaslarla təhsil alan və sosial müdafiəyə ehtiyacı olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Eyni zamanda, nazirlik bildirir ki, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına əyani təhsil alan tələbələrə güzəştli kreditlər də verilir.Qeyd edək ki, sabahdan ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar portal.edu.az platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Избранный
57
11
gender.az

10Источники