USAID ABŞ administrasiyası tərəfindən yaradılmış müvəqqəti limanla bağlı yeni hesabat dərc edib. Hesabatda qeyd olunub ki, USAİD əməkdaşları Baydenə müvəqqəti limanla bağlı bu layihənin “həyata keçirilməsinin çətin olacağı” ilə bağlı narahatlıqlarını ifadə ediblər, lakin Bayden bu narahatlıqları qulaqardına vurub.
ABŞ prezidenti Baydenin Qəzzaya yardım çatdırmaq məqsədi daşıyan müvəqqəti limanın tikintisi ilə bağlı xəbərdarlıqları nəzərə almadığı, lakin xərclənən külli miqdarda vəsaitə baxmayaraq fiaskoya uğradığı bildirilib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bəyan edib ki, prezident Co Bayden Qəzzaya “humanitar yardımın çatdırılması” vədi ilə qurulan və “əlverişsiz hava şəraiti” səbəbindən sökülən üzən limanla bağlı xəbərdarlıqlara məhəl qoymayıb.
Hesabatda, həmçinin işçilərin Birgə Sahil Logistika Mexanizmi (JLOTS) kimi tanınan limandan istifadənin agentliyin quru keçidlərinin açılması üçün təbliğatını azaldacağından narahat olduqlarını ifadə edib.
Digər tərəfdən, hesabatda deyilir ki, “Prezident öz göstərişini verdikdən sonra agentliyin diqqəti JLOTS-dan mümkün qədər səmərəli istifadə etmək olub”.
Hesabatda Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı (WFP) səlahiyyətlilərinin üzən limanın qurulması üçün bəzi ilkin şərtlərə malik olduğu bildirilib və bu şərtlərdən birinin Qəzzanın şimalında limanın qurulması olduğuna diqqət çəkilib. Hesabatda bildirilib ki, bu şərtə baxmayaraq, Pentaqon Qəzza zolağında sahilin mərkəzi ərazilərində üzən liman yaradıb.
***
“Münaqişə mühitində fəaliyyətlə bağlı çətinliklər hava, təhlükəsizlik və humanitar yardımın əldə edilməsi ilə bağlı çətinliklərlə birləşir ki, bu da yardımın dəniz dəhlizi vasitəsilə bölgəyə nə qədər daxil ola biləcəyinə və Qəzzadakı tərəfdaş paylama mərkəzlərinə təhlükəsiz şəkildə çatmasına təsir göstərir”.
ABŞ prezidenti Co Bayden martın 7-də etdiyi son “İttifaq vəziyyəti” mövzusunda çıxışında Qəzza xalqına humanitar yardımın çatdırılması üçün bölgədə üzən dok qurulacağını açıqlayıb. İsrailin quru sərhədindən Qəzzaya humanitar yardımın girişini əngəlləmək üçün həll yolu kimi planlaşdırılan üzən dokun quraşdırılması iki aydan çox çəkib və mayın 17-də tamamlanıb. Lakin mayın 25-də baş verən tufan nəticəsində üzən dok parça-parça olub və iyunun 7-də İsraildə təmirdən sonra yenidən yığılıb.
Pentaqon, Qəzzada ilkin olaraq 320 milyon dollar xərcləndiyi açıqlanan üzən limanın ümumi dəyərinin, ikinci qurğunun təmiri də daxil olmaqla, təxminən daha 230 milyon dollar olaraq xərcləndiyi açıqlanıb.
Bu müddət ərzində üzən dok tez-tez dəniz şəraitinə görə yararsız hala düşüb və çıxarılaraq İsrailin Aşdod limanında saxlanılıb.
ABŞ prezidenti Co Bayden Vaşinqtonda keçirilən NATO Zirvə Toplantısının sonunda təşkil edilən mətbuat konfransında Qəzza sahilində inşa edilən üzən dok layihəsi ilə bağlı “İrəli sürdüyüm bəzi şeylərin uğursuzluğa düçar olması məni məyus etdi”, – deyib.
İyulun 17-də Pentaqon İsrailin qurudan keçməsinə icazə vermədiyi üçün fələstinlilərə humanitar yardım çatdırmaq üçün mayın ortalarında ABŞ-ın Qəzza sahillərində qurduğu üzən dokun “missiyasını başa vurduğunu” açıqlayıb.