Ekoloji məsələlər ölkəmizin əsas problemlərindən birinə çevrilib. Belə ki, təbioi vəziyyətdə yaranan ekoloji problemlərlə yanaşı ölkə ərazisində vətəndaşların özlərinin törətdiyi qanunsuzluqlar səbəbilə yaranan ekoloji məsələlərin həllində ciddi çətinliklər özünü göstərir.
Azərbaycan xalqı 2020-ci ilə qədər “Qarabağa azadlıq” şüarı ilə birlik olub işğal altında olan ərazilərin azadlığa qovuşmasına birbaşa vəsilə oldu. Uzun illər yurd həsrəti, Qarabağ nisgili əhalidə böyük bir aqresiya yaratmışdı və insanlarımız bu aqresiyanı vaxtaşırı ölkənin müəyyən istiqamətlərinə yönəldirdi. Bu istiqamətlər arasında həm dövlətə, həm də əhaliyə ən çox zərbə vuran tərəf məhz ekoloji tərəf idi. Qarabağa olan həsrət bu əraziyə edilən hörmətsizliyin də qarşısına keçə bilmədi.
Qarabağ ərazisinə təşkil edilən səfərlərin nəticələrinin hər dəfə pis nəticələnməsinin vaxtaşırı şahidi oluruq. Ötən həftələrdə Şuşada Cıdır düzü və İsa bulağı, Əsgəran qalası və Kəlbəcərdə yayılan görüntülərlə bağlı DİN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə nəzarət tədbirləri deməyə əsas verir ki, Qarabağa olan həsrət və sevgi bu cür davranışlardan heç də üstün deyil (yalnız həmin kütləyə görə).
Avtosfer.az xəbər verir ki, məşhur müğənni və bəstəkar Murad Arif Laçına səyahəti zamanı yol kənarında çəkdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. ətraf mühiti çirkləndirən şəxsləri tənqid edən müğənni bildirib ki, bulaqdan avtomobilinə su dolduran, Laçına səyahət edən şəxslər suyun ətrafını zibilxanaya çevirib.
Həmin görüntüləri sizə təqdim edirik: