RU

Bitərəf deputat müxalifət partiyasına QOŞULDU

Gürcüstan parlamentinin bitərəf deputatı Teona Akubardiya sabiq baş nazir Giorgi Qaxariyanın müxalif “Gürcüstan naminə” partiyasına qoşulub.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu deputatın özü açıqlayıb.

 

Akubardiya beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə mütəxəssisdir. O, bu çağırış parlamentə Aqmaşenebeli Strategiyası Partiyası ilə birlikdə daxil olub, lakin sonradan partiyanı tərk edib və bitərəf olaraq davam edib.

 

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda baş tutacaq.

Избранный
129
30
modern.az

10Источники