RU

“Yeni tarixi mərhələdə hədəflərimizə addım-addım irəliləyirik”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Yergüc və Hülövlü kəndlərində seçicilərlə görüşü keçirilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov qeyd edib ki, bu gün dünyada inkişafın Azərbaycan modelinin mövcudluğu qürurverici reallıqdır: “Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi zaman dövrün reallıqlarına əsasən bu əminliyi ifadə etmişdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qüdrətli, zəngin ölkənin  vətəndaşı olması ilə fəxr edəcək. Ulu Öndərin bu çağırışı çox qısa zamanda reallığa çevrildi. Azərbaycan yenidən quruldu, dövlətçiliyin əsasları yaradıldı”.

Deputatlığa namizəd Ağalar Vəliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, YAP xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub: “Partiyamız siyasi arenada dövlətçilik mövqeyindən çıxış edərək hər zaman xalqın mənafeyini üstün tutub və qısa zamanda ümumxalq rəğbətini qazanıb. Söz ilə əməl birliyi, Heydər Əliyev yoluna sadiqlik Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynayır”.

Görüş iştirakçılarından Emil Tağıyev, Gündüz Hacıyev, Rübabə İsmayılova, Arif Əşrəfov, Sürayə Əmirova, Nazim Ağayev, İlham Rəhimli və digərləri seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar. “Yeni tarixi mərhələdə hədəflərimizə addım-addım irəliləyirik”, - deyə vurğulanıb.

Избранный
126
yeniazerbaycan.com

1Источники