RU

Makron Durovla bağlı iddiaları təkzib etdi

Fransa prezidenti Emmanuel Makron Fransaya gələrkən saxlanılan və daha sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan Telegram mesajlaşma proqramının qurucusu və baş direktoru Pavel Durovu dəvət etməsi ilə bağlı iddiaları təkzib edib.

Redaktor.az xəbər verir ki, Makron bu barədə mətbuata açıqlama verib.

O, Fransanın “Le Canard enchaine” qəzetinin hava limanına endikdən dərhal sonra saxlanılan Durovu ölkəyə dəvət etdiyinə dair iddialarını rədd edib.

Durovun Fransaya səfər edəcəyindən tamamilə xəbərsiz olduğunu bildirən Makron, onu Yelisey sarayında şam yeməyinə dəvət etmədiyini bildirib. 

Makron 2021-ci ildə Durova Fransa vətəndaşlığı verilməsi qərarını da müdafiə edərək, bunun "fransız dilini öyrənən" və "dünyada nüfuzlu" beynəlxalq şəxsiyyətlərə vətəndaşlıq verilməsi "strategiyasının" nəticəsi olduğunu bildirib.

Türkan İSGƏNDƏRLİ

Избранный
94
1
redaktor.az

4Источники