RU

İsrail ordusu İordan çayının qərb sahilində iki terrorçunu zərərsizləşdirdi

İsrail Müdafiə Ordusunun hərbçiləri İordan çayının qərb sahilində Quş-Etzion yəhudi məskənlərinin bloku yaxınlığında avtomobili partladan terrorçunu məhv ediblər.

KONKRET.az ordunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kişi onlara hücum etmək istəyəndən sonra əsgərlər atəş açıb.

“Partlayış yerinə gələn İsrail əsgərləri atəş açıb və onlara hücum etməyə cəhd edən terrorçunu məhv ediblər. Təhlükəsizlik qüvvələri digər terrorçuların ortaya çıxma ehtimalını istisna etmək üçün ərazini yoxlayır”, – məlumatda deyilir.

İsrail ordusu, həmçinin Hevronun şimalında yerləşən Karmei-Tzur qəsəbəsi ərazisində daha bir terrorçunun zərərsizləşdirildiyini bildirib. “İsrail Müdafiə Qüvvələrinin bölmələri və İsrail Polisi geniş miqyaslı araşdırma aparır və ərazidə yolları bağlayır”, – ordunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri iki insidentin əlaqəli olub-olmadığını araşdırır

Mərkəzi Komandanlığın rəhbəri İordan çayının qərb sahilində baş verən hadisələrdən sonra vəziyyəti yerində qiymətləndirərək, baş verən hücumların terror aktı olduğunu təsdiqləyib. Hücum edənlərin zərərsizləşdirilməsi zamanı İsrail ordusunun bir əsgəri yüngül yaralanıb.

Избранный
117
30
konkret.az

10Источники