RU

NATO Ukraynanın Rusiyaya hücumunu dəstəklədi

"Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu qanunidir".

Hurriyyet.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Ukraynanın özünü müdafiə etmək hüququ var. Beynəlxalq hüquqa görə, bu hüquq sərhədlə məhdudlaşmır",-deyə Stoltenberq qəzetə bildirib.

O, əlavə edib ki, NATO-ya Ukraynanın planları barədə əvvəlcədən məlumat verilməyib və onlar burada heç bir rol oynamayıb.

NATO rəhbəri onu da bildirib ki, Ukrayna Rusiya ərazisinə keçərək risk edir, lakin hərbi kampaniyasını necə aparmaq Kiyevdən asılıdır: "Bütün hərbi əməliyyatlar kimi, bunun da riskləri var. Ancaq bu, Ukraynanın özünü necə qorumaq qərarıdır"./Musavat.com/

Избранный
144
13
hurriyyet.az

10Источники