RU

Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını dəstəkləyib

Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir.

“İnterfaks” xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

“Sülh kontekstində biz ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün hesab edirik. Sülh bərqərar olmuş fakt olan zaman belə bir formatın mövcudluğu suallar yarada bilər”, – o deyib.

Paşinyanın sözlərinə görə, bütün məsələ zamanla bağlıdır. “Bu cür mövzuları indi müzakirə predmetinə çevirməyin nə dərəcədə effektiv və düzgün olduğunu başa düşməliyik”, – Ermənistanın baş naziri əlavə edib.

Избранный
4
27
azpost.info

10Источники