RU

Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir

Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir.

7News.Az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

"Sülh kontekstində biz ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün hesab edirik. Sülh bərqərar olmuş fakt olan zaman belə bir formatın mövcudluğu suallar yarada bilər”, - o deyib.

Paşinyanın sözlərinə görə, bütün məsələlər zamanla bağlıdır. "Bu cür mövzuları indi müzakirə predmetinə çevirməyin nə dərəcədə effektiv və düzgün olduğunu başa düşməliyik”, - Ermənistanın baş naziri əlavə edib.
Избранный
57
27
7news.az

10Источники