RU

İran bu qətlə heç bir reaksiya vermədi - Lavrov

İran qəti şəkildə hər hansı genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunmaq və təxribatlara boyun əymək istəmir.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Onlar İranı təhrik etməyə çalışırlar. HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi təbii ki, təxribatdır. Sonra İran heç bir reaksiya vermədi, ancaq bildirdi ki, ərazi bütövlüyü və suverenliyi pozulduğu üçün bu hüququ özündə saxlayır - İran hökumətinin qonağı qəsdən öldürülüb”, - Lavrov bildirib.

Qeyd edək ki, İsmayıl Haniyə 31 iyulda Tehranda qaldığı evin raketlə vurulması nəticəsində ölüb. İran bu qətlə görə İsraili ittiham edib və cavab veriləcəyini açıqlayıb.

Избранный
170
30
buta.tv

10Источники