Üç uşaq anası olan arvadını öldürüb intihar etdi
Türkiyədə ər arvadını öldürərək intihar edib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Adıyaman şəhəri Bahçelievlər məhəlləsində baş verib. 36 yaşlı Ekrem Daşcan ilə 25 yaşlı 3 uşaq anası olan arvadı Merve arasında yaşadıqları evdə mübahisə yaranıb. Mübahisə zamanı kişi tapança ilə arvadını vuraraq, öldürüb.
Daha sonra eyni silahla özünə də atəş açaraq, intihar edib.
1, 4 və 7 yaşlı uşaqların ağlamaq səsinə gələn qonşular polis və təcili tibbi yardıma xəbər veriblər. Həkimlər ər-arvadın öldüyünü müəyyən ediblər.
Onların meyiti müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.
Araşdırma aparılır.