Azərbaycanlı futbolçu Renat Dadaşov Türkiyə 1-ci Liqasında növbəti dəfə fərqlənib.
İdman.biz xəbər verir ki, onun qolu "Ankaragücü"nün qələbə qazanmasnda rol oynayıb.
Ankara təmsilçisi öz meydanında çempionatın lideri "İstanbulspor"u 2:1 hesabı ilə məğlub edib. Renat 39-cu dəqiqədə hesabı açaraq qələbənin əsasını qoyub. O, 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Ankaragücü" 4 turdan sonra 6 xalla 8-ci pillədə qərarlaşıb.
İdman.biz