RU

Mandatı ləğv edilən deputat yenidən Parlamentə qayıtdı

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə yenidən VII çağırış Parlament seçkilərində 87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsindən qalib olub. 
 
Şahin Seyidzadə Milli Məclisin VI çağırış deputatı olub. Lakin 2022-ci il Prezident İlham Əliyevin 2022-ci il sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
 
Bu təyinatdan sonra Mərkəzi Seçki Komissiyası  onun deputat səlahiyyətlərinə xitam verib. 
 
Şahin Seyidzadə VI çağırış Parlamentində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.
 
Deputat seçilən Şahin Seyidzadə hazırda da "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsini icra edir. 
 
Gülnar Nazimqızı 
 

 

 


www.anews.az
Избранный
95
28
anews.az

10Источники