"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə yenidən VII çağırış Parlament seçkilərində 87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsindən qalib olub.
Şahin Seyidzadə Milli Məclisin VI çağırış deputatı olub. Lakin 2022-ci il Prezident İlham Əliyevin 2022-ci il sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Bu təyinatdan sonra Mərkəzi Seçki Komissiyası onun deputat səlahiyyətlərinə xitam verib.
Şahin Seyidzadə VI çağırış Parlamentində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.
Deputat seçilən Şahin Seyidzadə hazırda da "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.
Gülnar Nazimqızı
www.anews.az