Parlament seçkilərində qadın namizədlərin sayının kifayət qədər çox olması təqdirəlayiq haldır.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanda sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərini izləyən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar deyib.
O səsvermədə iştirak edən seçicilər arasında qadınların fəallıq göstərdiyini vurğulayıb: "Qeyd olunan hal demokratiyanın göstəricisi olmaqla yanaşı, həm də onu göstərir ki, Azərbaycanda cinsi ayrı-seçkiliyə yol verilmir. Bu, mühüm hadisədir".