“Xankəndi, Xocalıda səsverməni çox önəmli hesab edirik” - Şamil Ayrım
“Ötən gün baş tutan seçkilər Azərbaycan xalqının iradəsinin nə qədər azad ifadə olunmasını göstərir”.AzFakt.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müşahidə missiyasının rəhbəri Şamil Ayrım növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.O qeyd edib ki, dünənki seçkilər bu coğrafiyada qalıcı sülh üçün çox vacibdir: “Biz seçki öncəsi Sumqayıtda məntəqələrdə olduq. Beynəlxalq standartlara uyğun hazırlıq görülmüşdü. Dünən də seçki günü insanların çox rahat şəkildə səslərini verdiklərini gördük.Azərbaycan ilk dəfə işğaldan azad olunan torpaqlarda bu seçimi gerçəkləşdirdi. Bu seçkilərin keçirilməsi çox önəmli idi. Qarabağda yaşayan Azərbaycan vətəndaşları öz səslərini verdilər. 2026-cı ilədək 150 minədək Azərbaycan vətəndaşı işğaldan azad edilmiş torpaqlarda yerləşəcək. Bu, çox önəmli idi. Biz Xankəndi, Xocalı, Ağdərə, Laçın və digər ərazilərdə Azərbaycan vətəndaşlarının səsverməsini çox önəmli hesab edirik”.
Xəbərin oxunma sayı :
121
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта