RU

"Google Maps"də ermənilərin Xankəndidən çəkdiyi FOTOLAR – Qondarma bayraqları necə silək?

"Google Maps"də ermənilərin Xankəndidən çəkdiyi FOTOLAR – Qondarma bayraqları necə silək?

"Google Maps"də azad edilmiş ərazilərimizin adları doğma dilimizdə yazılsa da, erməni müəlliflərin vaxtı ilə çəkdiyi fotolar hələ də qalır.

Veb xəritədə paylaşılan bu fotolarda keçmiş xunta rejiminin və Ermənistanın bayrağı əks olunub. Belə bir hal xəritədə Xankəndi şəhəri ilə bağlı məlumatlara baxarkən müşahidə olunub.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Musavat.com-a deyib ki, bu, bilinən ilk hal deyil:

"Ermənilər hətta paytaxt Bakını və onun bir sıra ərazilərini işarələyərək öz dillərində qeyd edirlər.

"Google Maps"in alqoritmi və metodologiyası sosial şəbəkə məntiqi ilə işəyir. Yəni insanlar qeydiyyatdan keçərək hər hansısa bir yeri işarələyərək, ora haqqında məumatlar paylaşırlar.

Həmin məlumatlar üzərində düzəliş və ya məlumatı report bölümündən istifadə edərək şikayət edilə bilər. Çünki bu veb xəritə açıq platformadır. Sadəcə olaraq orada qeydiyyatdan keçib, təkmilləşdirmə etmək lazımdır.

Bir məsələni də qeyd edim ki, rayon və şəhər adları, daha sonra digər inzibati ərazilərlə bağlı müvafiq qurumlar platformalara siyahı verirlər. Yəni əhəmiyyətli ərazilərin adları Azərbaycan hökumətinin rəsmi şəkildə "Google Maps"ə təqdim etdiyi siyahı ilə tərtib olunur".

Ekspert bildirib ki, şəhərlərin və kəndlərin məntəqələri, parkların adları istifadəçilər tərəfindən əlavə edilə bilər:

"Hər hansısa bir şəxs obyekt açarsa, hotel tikərsə, veb xəritədə onların adlarını istədiyi kimi adlandıra və ya dəyişdirə bilər. Səhv olan məlumatları isə şikayət etməklə düzəltmək mümkündür. Bu tip xəritə proqramları və xidmətlər vətəndaşların öhdəsinə buraxılıb. Əks halda "Google" kimi beynəlxalq bir platformanın özünün hər hansı qeydiyyatı aparması üçün böyük vəsait tələb olunur.

Bu xidmətlər sosial, yəni qazancsız olduğu üçün faydalı kontentlər yaratma məqsədi ilə platforma istifadəçilərinə icazə verir. Hazırda biz veb xəritədə Şuşaya baxdıqda orada hər şey Azərbaycan dilindədir.

Erməni dilində nəsə olarsa, şikayət etməklə hüquqlar bərpa oluna bilər. Və ya keçmiş qondarma rejimin hər hansısa atributu qeyd olunubsa, bunlar şikayət edilməklə düzədilə bilər. Bu da vətəndaş müstəvisində həyata keçirilməlidir. Dövlət bu istiqamətdə qrantlar elan edə və bu qrantlar həm fərdi, həm də QHT-lər müstəvisində faydalı kontentlər yarada bilər".(musavat.com)

Избранный
106
3
sonxeber.az

10Источники