RU

“Volkswagen” Almaniyadakı zavodlarını bağlamağı nəzərdən keçirir

“Volkswagen” şirkəti Almaniyadakı zavodlarını zərərlə işlədiyinə görə bağlamağı nəzərdən keçirir.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi avtomobil istehsalçısına istinadən məlumat yayıb.

“İqtisadi vəziyyət daha da çətinləşib və Avropaya yeni oyunçular gəlir. Almaniya biznes məkanı kimi rəqabətqabiliyyətlilik baxımından getdikcə daha çox geri qalır”, - “Volkswagen”in baş icraçı direktoru Oliver Blume deyib.

Qeyd edilir ki, şirkət Almaniyada azı bir iri avtomobil istehsalı zavodunu və bir də ehtiyat hissələrin istehsalı ilə məşğul olan zavodunu bağlamağı planlaşdırır, həmçinin həmkarlar ittifaqları ilə 2029-cu ilə qədər iş yerlərinin qorunması ilə bağlı müqaviləni ləğv etməyə çalışır. Agentlik iddia edir ki, planlar təsdiq olunsa, bu, şirkətin 87 illik tarixində Almaniyada avtomobil zavodlarının bağlanmasına dair ilk hal olacaq.

“Volkswagen”in işçi şurasının rəhbəri Daniela Kavallo bildirib ki, şirkətin “Golf” və “Tiguan” modellərini istehsal edən əsas brendi də gəlirsizliklə üz-üzə qala bilər.

“Bloomberg” qeyd edir ki, bu cür əmək mübahisəsi “Porsche” idman avtomobil markasına da rəhbərlik edən baş direktor üçün ciddi sınaq olacaq. “Volkswagen”də dünya üzrə təxminən 650 min işçi çalışır ki, onlardan 300 mini Almaniyadadır. Şirkətin müşahidə şurasındakı yerlərin yarısını həmkarlar ittifaqı nümayəndələri tutur, səhmlərin 20 %-nə sahib olan Almaniyanın Aşağı Saksoniya əyaləti isə çox vaxt həmkarlar ittifaqı təşkilatlarının tərəfini tutur.

Избранный
167
29
avtosfer.az

10Источники