Rusiya Prezidenti Vladimir Putinin Monqolustanda hörmətlə qarşılanması Qərbə siqnal deyil. Ölkələrimiz ikitərəfli münasibətləri inkişaf etdirmək vəzifəsini yerinə yetirirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Heç kimin - nə Moskvanın, nə də Ulan-Batorun Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur. Biz ən yaxın qonşu ölkələrik və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək vəzifəsini icra edirik", - Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir.