AZ

Kreml: Putinin Monqolustanda belə qarşılanması Qərbə siqnal deyil

Rusiya Prezidenti Vladimir Putinin Monqolustanda hörmətlə qarşılanması Qərbə siqnal deyil. Ölkələrimiz ikitərəfli münasibətləri inkişaf etdirmək vəzifəsini yerinə yetirirlər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Heç kimin - nə Moskvanın, nə də Ulan-Batorun Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur. Biz ən yaxın qonşu ölkələrik və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək vəzifəsini icra edirik", - Peskov qeyd edib.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
7
senzor.az

10Mənbələr