RU

İnsanlar dərmandan niyə zəhərlənir: Nələrə diqqət edək?

Xəbər verdiyimiz kimi, ötən ay Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Belə ki, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

Müşahidə etdiyimiz kimi ən çox zəhərlənmə dərman vasitələrindən olub.

İnsanların dərmandan zəhərlənməsinin səbəbi nədir? Nələrə diqqət etmək lazımdır?

Elvin Nağıyev, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əczaçı mütəxəssisi

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əczaçı mütəxəssisi Elvin Nağıyevin sözlərinə görə, dərman vasitələrindən zəhərlənmələrin bir çox səbəbləri məlumdur ki, bunun ən başlıcası şəxsin dərman vasitəsini bilərəkdən və ya bilməyərəkdən yüksək dozada qəbul etməsidir.

E.Nağıyev nəzərə çatdırıb ki, dərman vasitələri düzgün saxlanılmadıqda, eyni zamanda uşaqların əlçatanlığı rahat olan yerlərdə saxlanıldıqda belə zəhərlənmələrə rast gəlmək mümkündür:

“Səhiyyə Nazirliyi Analitik Eskpertiza Mərkəzi olaraq bildirmək istərdik ki, vətəndaşlar dərman vasitələrini alarkən mütləq qaydada içlik vərəq ilə tanış olsunlar və orada göstərilən təlimatlara əməl etsinlər. Dərman vasitələri saxlanılan zaman quru, qapalı və sərin yerlərdə mütləq qaydada uşaqların əlçatanlığının olmayacağı yerlərdə saxlanılmalıdır”.

Mina Mikayılova

Избранный
54
bakivaxti.az

1Источники