Taylandın paytaxtı Banqkokda "Porsche Design" brendi altında Asiyanın ilk göydələninin tikintisinə başlanılacaq.
Redaktor.az xəbər verir ki, binanın hündürlüyü təqribən 100 metr olacaq və tikintinin 2028-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Göydələndə ölçüləri 525 ilə 1135 kvadratmetr arasında dəyişən duplekslər və dördmərtəbəli mənzillər də daxil olmaqla 22 lüks mənzil olacaq.
Bu “səmavi villalar” lüksün təcəssümü olacaq və 15-40 milyon dollara başa gələcək. Binanın əsas xüsusiyyətlərindən biri detallara və unikallığa diqqəti vurğulayan sahibinin avtomobil kolleksiyası üçün şəxsi qarajların inteqrasiyası olacaqdır.
Göydələnin fasadı daxili və eksteryerin birləşməsinə imkan verən avtomatik sistemlə təchiz ediləcək.
Sevinc İBRAHİMZADƏ