Türk Dövlətləri Təşkilatı (TDT) genişlənməkdə davam edir.
Türkiyənin Aşqabaddakı səfiri Əhməd Demirok TDT-yə qoşulması gözlənilən Türkmənistanla əməkdaşlıq və əlaqələrlə bağlı açıqlamalar verib.
“TÜRKMƏN QARDAŞLARIMIZIN YANINDAYIQ”
Türkiyənin Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırladan Demirok, Türkiyənin Aşqabadda səfirlik açan ilk ölkə olduğunu , Türkiyənin rəsmi qurumları, iş adamları və qeyri-hökumət təşkilatlarının bu prosesdə türkmən qardaşlarının yanında olduğunu bildirib.
Türkiyənin Türkmənistanın fəal neytrallıq siyasətini tam dəstəklədiyini deyən Demirok Türkiyə ilə Türkmənistan arasında ortaq tarix, dil, din və mədəniyyətə əsaslanan köklü əlaqələrin qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlar əsasında hər gün daha da gücləndiyini vurğulayıb.
Türkmənistanın 2021-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olduğunu xatırladan Dəmirok deyib: