RU

Pakistanlı iş adamları Azərbaycana sərmayə yatıracaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Pakistanın “MCB Bank” rəhbərliyində təmsil olunan Sikander Zulqernain və Nauman Çuqtai, həmçinin “MCB BOKT” QSC-nin İdarə heyətinin sədri Rəmal Cəfərovdan ibarət nümayəndə heyətini qəbul edib.

Fins.az xəbər verir ki, görüşdə V. Qasımlı Azərbaycan Respublikası Prezidentinin cari ilin iyul ayında Pakistana dövlət səfəri zamanı iki ölkə arasında tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, sahibkarlıq və digər sahələr üzrə imzalanan 15 sənəd haqqında məlumat verib. O, güzəştli ticarət formatına aid 9 maddənin müəyyən edilməsi, eləcə də Pakistan və Azərbaycan sərmayələrinin həcminin 2 milyard dollara çatdırılması ilə bağlı əldə olunan razılığı xüsusi vurğulayıb. Eyni zamanda Azərbaycandakı əlverişli investisiya mühiti və xarici sərmayədarları cəlb etmək üçün həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu daxil olmaqla azad edilmiş ərazilərdəki ağıllı infrastruktur layihələri, bərpa olunan enerji, turizm, İKT və tranzit kimi potensial investisiya sahələrini qonaqların diqqətinə çatdırıb.

“MCB Bank”ın nümayəndələri də iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, mal və xidmət axınının asanlaşdırılması, logistika, kənd təsərrüfatı və bərpa olunan enerji sahələrində biznes fəaliyyətlərinin genişləndirilməsinə maraq göstərdiklərini, ölkə liderlərinin müəyyən etdiyi hədəflərə uyğun olaraq Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

Qonaqlar İİTKM-in nəzdində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçılara göstərilən xidmətlər barədə məlumat alıblar.

Zemfira Ms
Fins.az

Избранный
96
3
fins.az

10Источники