Ukrayna Prezidenti Volodimir Zelenski və İrlandiyanın Baş naziri Saymon Harris ölkələr arasında ikitərəfli saziş imzalayıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Ukrayna Prezidentinin ofisinə istinadən məlumat yayıb.
Ümumilikdə, Kiyev artıq müxtəlif ölkələrlə 26 müvafiq müqavilə bağlayıb.
Bu il ərzində İrlandiya Ukraynaya hərbi dəstək üçün əlavə 128 milyon avro (140 milyon dollar), həmçinin 40 milyon avro (43,75 milyon dollar) humanitar yardım ayıracaq.
Bundan əlavə, razılaşmaya uyğun olaraq Dublin Kiyevi minalardan təmizləmə sistemləri və partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün avadanlıqlarla təmin edəcək. Minatəmizləmə üzrə koalisiyasda iştirak davam etdiriləcək.