RU

Rubl yuana qarşı gözlənilmədən 5% ucuzlaşıb

Valyuta likvidliyinin çatışmazlığı və Rusiya Mərkəzi Bankının valyuta satışlarının azalması səbəbindən rubl çərşənbə günü yuana qarşı demək olar ki, 5% ucuzlaşıb. Sessiyanın sonuna yuanın məzənnəsi 12.69 rubl təşkil edib ki, bu da ötən günün bağlanış səviyyəsindən 57.3 qəpik yüksəkdir.

Ticarət zamanı yuan aprelin 19-dan bəri ilk dəfə olaraq 12.9-a yüksəlib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Yuanın möhkəmlənməsinin əsas səbəbi Moskva birjasında Çin valyutasının qıtlığıdır. “Sberbank” qeyd edir ki, Rusiya bazarında yuan qıtlığı davam edir, vəziyyət kəskin olaraq qalır və hələ ki, onun yaxşılaşması üçün heç bir perspektiv yoxdur.

Hazırkı bazar reaksiyası olduqca spekulyativdir. Brokerlər hesab edirlər ki, rublun məzənnəsi yaxın gələcəkdə yuana və dünya valyutalarına münasibətdə daha adekvat dəyərlərə qayıdacaq.

Избранный
76
36
banker.az

10Источники