RU

Kursk vilayətində Ukrayna təxribatçı qruplarının axtarışları davam edir

Kursk vilayətində Rusiya ərazisinə dərindən nüfuz etməyə çalışan Ukrayna təxribat qruplarının axtarışları davam edir. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya ərazisinə dərindən soxulmağa cəhd göstərən düşmənin təxribat qruplarının aşkar edilərək məhv edilməsi üçün meşə ərazilərində kəşfiyyat-axtarış tədbirləri davam etdirilir”, – məlumatda deyilir.

Müdafiə Nazirliyi həmçinin Rusiya hərbçilərinin aviasiya və artilleriya dəstəyi ilə Ukrayna silahlı qüvvələrinin bölgədə iki hücumunu dəf etdiyini açıqlayıb.

Departamentin məlumatına görə, Ukrayna silahlı qüvvələri bir zirehli döyüş maşını və üç maşını itirib, iki ukraynalı hərbçi təslim olub.

Избранный
106
veteninfo.az

1Источники