Cinsi təcavüzdə ittiham edilən "Valensiya"nın hücumçusu Rafael Mir ifadə verdikdən sonra həbsdən azad edilib.
Publika.az xəbər verir ki, futbolçu zaminə buraxılıb. Bu barədə "Marca" məlumat yayıb.
Həftənin əvvəlində 27 yaşlı futbolçunun cinsi zorakılıqda şübhəli bilindiyi məlum olub. Futbolçunun həbs edilən daha bir nəfərlə birlikdə təxminən 25 yaşlı 2 qadını zorladıqları bildirilib. Zərərçəkənlərin xəstəxanada köməyə ehtiyacı olduğu qeyd edilib.
Hadisə ilə bağlı İspaniya polisinin araşdırması davam edir.