RU

“Huavei Technologies Azərbaycan” MMC-nin baş direktoru: “Genişzolaqlı internet infrastrukturu rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcək”

“Huavei Technologies Azərbaycan” MMC-nin baş direktoru David Xu ASAN Radio-da yayımlanan “Rəqəmsal Dialoq” verilişinin qonağı olub.

FED.az xəbər verir ki, o, son illərdə ölkəmizdə genişzolaqlı internet infrastrukturu istiqamətində görülən işlərə nəzər salıb. Baş direktor Azərbaycanın Bəhreyn, Səudiyyə Ərəbistanı, Özbəkistan, Sinqapur, Çin, Çili, Tayland və İndoneziya kimi qısa müddətdə genişzolaqlı internet infrastrukturuna diqqət ayırmasını yüksək qiymətləndirdiyini vurğulayıb.

David Xu 2024-cü ilin sonuna qədər bütün ölkəni əhatə edən infrastrukturun tamamlanmasına doğru sürətli inkişafın rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini qeyd edib.

Qonaq AİB İnstitutunun araşdırmalarına istinad edərək internetin orta sürətinin iki dəfə artmasının ÜDM-nin 0,3% artımına bərabər olduğunu bildirib. Həmçinin nüfuzlu “Omdia” təşkilatı tərəfindən dərc olunan hesabata əsasən hər bir təsərrüfatda istifadə olunan terminal sayının orta hesabla 2025-ci ildə 25-ə, 2030-cu ilə qədər isə 44-ə çatacağını diqqətə çatdırıb.

David Xunun sözlərinə görə, istehlakçılar məsafədən təhsil, onlayn təhsil, uzaqdan iş, canlı yayım, onlayn oyunlar və onlayn alış-veriş kimi fəaliyyətlərdən daha çox istifadə edirlər. Bu isə öz növbəsində genişzolaqlı internetə olan tələbatı artırır.

“Biz Huavei olaraq Azərbaycanın rəqəmsal gələcəyini dəstəkləməyə davam edəcəyik”, – deyə baş direktor bildirib.

Избранный
89
1
fed.az

2Источники