RU

Pənah Hüseyn istefa verdi - Təcili

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiya sədrliyindən istefa verib.

Axar.az xəbər verir ki, bu barədə o “Azadlıq Radiosu”na açıqlamasında deyib.

Pənah Hüseyn istefasına səbəb kimi 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində uduzduğunu göstərib.

O bu qərarını yaxın günlərdə rəsmi şəkildə açıqlayacağını deyib.

Избранный
96
46
axar.az

10Источники