RU

Rusiya ordusuna məxsus 78 PUA-dan 60-ı məhv edilib - Ukrayna

Rusiya ordusunun 78 “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi və 60 PUA-nın məhv edildiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin "Telegram" kanalında verilən açıqlamada Rusiyanın gecə və səhər saatlarında hava hücumları təşkil etdiyi bildirilib.

Açıqlamada Rusiya ordusunun 78 “Şahed” tipli PUA-nı havaya buraxdığı, 60 PUA-nın isə Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib. Bəyanatda PUA-lardan ikisinin Rusiyaya qayıtdığı, birinin Belarus istiqamətində uçuşunu davam etdirdiyi, 15-nin isə Ukrayna ərazisində itdiyi bildirilib.

Açıqlamada rusların hücumda “İskəndər-M” tipli ballistik raketlərdən də istifadə etdiyi bildirilib. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko qurumun "Telegram" hesabında verdiyi açıqlamada gecə saatlarında paytaxt Kiyevə PUA hücumunun həyata keçirildiyini bildirib. Hücumlara görə həyəcan siqnalının 9 saat çaldığını qeyd edən Popko deyib: "Hazırda Kiyevdə can itkisi və ya dağıntı yoxdur. Hazırda paytaxta potensial hava təhlükəsi yoxdur".

Kiyev meri Vitali Kliçko "Telegram" hesabında verdiyi açıqlamada şəhərə hava hücumu nəticəsində müdafiə sistemlərinin işləməsi nəticəsində partlayış səslərinin eşidildiyini bildirib.

Избранный
213
50
sia.az

10Источники