RU

Uolker millidən kənar qalmasına məyus olub

Kayl Uolker İngiltərə millisinə çağırılmamasına məyus olub. “Mançester Siti”nin cinah müdafiəçisi bu aqibətə layiq olmadığını düşünür.

Futbolinfo.az xəbər verir ki, təcrübəli oyunçu bu barədə danışıb: “Məyus oldum. Lakin bunu qəbul etməliyəm. İndi mənim üzərimə düşən məşqçilər heyətinə səhv qərar verdiklərini sübut etməkdir. Yeni məşqçilər hər zaman belə qərarlar verirlər, müəyyən dəyişiklk edirlər. Mənim məyusluğum ölkəmi ən üst səviyyədə təmsil etmək imkanından məhrum olmağımdır”.

Uolker millinin məşqçilərinə haqq qazandırmağı da lazım bilib: “Lakin bu mövsüm “Mançester Siti”də meydana çıxmaq şansım olmayıb. Ona görə də siyahıya salınmamağı qəbul etməliyəm. Geri döndükdən sonra fövqəladə bir şey göstərməliyəm”.

Избранный
51
futbolinfo.az

1Источники