RU

"Sizin Lombard"ın qazancı açıqlandı

"GL" ASC ("Sizin Lombard" brendi) 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 2 milyon 428 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ilin eyni dövrünü 2 milyon 196 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ASC-nin xalis mənfəəti 232 min manat artıb. 

GƏLİRİ ARTIB

Marja.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyun dövründə (ilk 6 ayda) "GL" ASC-nin cəmi gəlirləri 9 milyon 618 min manat, cəmi xərcləri 7 milyon 190 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 6 ayında lombard şirkətinin cəmi gəlirləri 8 milyon 509 min manat, cəmi xərcləri 6 milyon 255 min manat olmuşdu. Həmçinin 58 min manat mənfəət vergisi ödənilmişdi. 

KREDİT PORTFELİ BÖYÜYÜB

"GL" ASC kredit portfeli (müştərilərə verilmiş kreditlər) 30 İyun 2024-cü il tarixində 42 milyon 922 min manata çatıb. 30 İyun 2023-cü il tarixində "GL" ASC-nin kredit portfeli 35 milyon 710 min manat təşkil etmişdi. Beləliklə, müqayisə olunan dövrdə təşkilatın kredit portfeli 7 milyon 212 min manat və ya  20,2% artıb. 

2024-cü ilin birinci yarısının yekununda 455 nəfər işçisi olan "GL" ASC-nin yeganə səhmdarı (100%-i) Quliyev Fərman Eldar oğludur. 

sizinlombard glasc Quliyev Fərman
Избранный
79
marja.az

1Источники