RU

İsveç millisinin 60 ildən çox müddətdə İLK ƏCNƏBİ MƏŞQÇİSİ

Yon Dahl Tomasson futbol üzrə İsveç millisinin son 60 ildən çox müddətdə ilk əcnəbi məşqçisidir.

İdman.biz xəbər verir ki, 48 yaşlı danimarkalı 2024-cü ilin fevralından bu komandanı çalışdırır.

Onun rəhbərliyi ilə isveçlilər 4 oyundan yalnız birində qalib gəlib, qalanlarında isə məğlub olublar. Tomassonun məşqçi kimi ən böyük uğuru isə 2020 və 2021-ci illərdə "Malmö" ilə İsveç çempionu titulunu qazanmasıdır.

Danimarkalıdan əvvəl İsveç millisinə rəhbərlik edən sonuncu əcnəbi 1961-ci ildə ingilis Corc Raynor olub.

Xatırladaq ki, UEFA Millətlər Liqası çərçivəsində bu gün Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç qarşılaşması saat 20:00-da start götürəcək.

İdman.biz

Избранный
400
24
idman.biz

10Источники