RU

Tomasson: “Bakıda belə qələbə qazanmaq asan deyil”

UEFA Millətlər Liqasının C Liqasının I turunda keçirilən Azərbaycan – İsveç oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yon Dal Tomasson jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları söylədi…

– Oyunla bağlı təəssüratlarınız nədir? 

– Nəticədən razıyam, kifayət qədər şanslarımız oldu. Azərbaycan yığması müdafiədə yaxşı oynayır. Açıq futbol təklif etdik və iki komandanın çoxlu imkanları oldu. İlk hissədə ötürmələrimiz yaxşı alınmırdı. Danışdıq ki, fasilədən sonra bunu düzəldək. Top itirəndən sonra komandamız yerini tapa bilmirdi və rəqibə şanslar verirdik. Bunları düzəltməliyik. Qapıçımız və digər futbolçularımız yaxşı çıxış etdi.

– Azərbaycan çoxlu qol epizodları yaratdı. Müdafiədəki problemləri necə həll etməyi düşünürsünüz?

– Top itirəndən sonra oyunçular mövqelərinə qayıtmaqda çətinlik çəkir. Bəzi anlarda da komanda olaraq passiv idik. Ümumi götürəndə, mükəmməl oynamadıq, amma nəticə qane etdi.

– İsak penaltini vurub, het-trik edə bilərdi, amma komanda yoldaşı Qyökeresə verdi. Bu durumla bağlı fikirləriniz nədir?

– Bu, komanda ruhuna uyğun hərəkətdir. Buna pozitiv məqam kimi baxıram. Qələbə üçün komandada ruh olmalıdır. Belə kiçik elementlər də mühümdür.

– Azərbaycan millisində nəyi bəyəndiniz? Və vurulmayan penalti sizcə, oyunun qırılma anı idi?

– Bakıda belə qələbə qazanmaq asan deyil. Bu, təqdirəlayiqdir. Penalti zamanı qapıçımız əla seyv etdi. Qol olsaydı da, yenə qollar vuracağımıza əmin idim.

Şahin Cəfərov 

Избранный
319
28
futbolpress.az

10Источники