RU

"Komandamızın müdafiəsindən 50 faiz razı qaldım"

”Komandamızın hücumundan tam, müdafiəsindən isə 50 faiz razı qaldım”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda İsveç yığmasına 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

 

Mütəxəssis komandasının qələbə üçün əlindən gələni etdiyini vurğulayıb: “Bildiyimiz kimi güclü komandaya qarşı oynadıq. Matça hücumla başladıq. Təəssüf ki, hücumları qolla nəticələndirə bilmədik. Sonra oyun müdafiəyə keçdi. Müdafiəçilərimiz rəqibin qollarını dəf etmək üçün çox çalışdılar. Hücumçularımız da qol vurmaq üçün şans axtarırdılar. Fikrimcə ikinci hissədə daha yaxşı oynadıq. Təlim-məşq toplanışında verdiyim tapşırıqları oyunçular yerinə yetirirdilər. Hətta hesab 3:0 olanda belə ruhdan düşmədilər. Bir qol vuraraq hesabı 3:1 etdilər. Bunu da nəzərə almaq lazımdır ki, statistikaya əsasən, Azərbaycan 4, rəqib isə 20 səhvə yol verdi”.

 

Portuqaliyalı məşqçi qapıçı Mehdi Cənnətovun çıxışını da dəyərləndirib: “Onun performansından razı qaldım. Düşünürəm ki, milli komandada yaxşı debüt etdi”.

 

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

Избранный
30
50
modern.az

10Источники