Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan dillər siyahısından çıxarılaraq, xarici dil statusuna keçiriləcək.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu dəyişiklik yeni təhsil standartlarına uyğun olaraq aparılacaq.
Artıq orta ümumtəhsil müəssisələrində sözü gedən dilin tədris saatları azaldılıb. Belə ki, 4-9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq.