RU

Çin və Koreyadan Azərbaycana avtomobil idxalı kəskin artıb

Ötən il idxal olunan avtomobillərin miqdarında dalğalanmalar müşahidə olunsa da, dəyərlərində davamlı artım qeydə alınıb.

FED.az xəbər verir ki,  ölkədə ən iri ipoteka portfelinə sahib olan ABB araşdırma aparıb.

image

İdxal miqdarı və dəyərinin orta illik artımları müvafiq olaraq 21% və 41% təşkil edir.

Bu tendensiya idxal olunan avtomobillərin qiymətinin artımı ilə izah edilə bilər. Ortalama qiymətin CAGR-ı 26%-dir.

Dövr ərzində qeydə alınmış ən aşağı orta qiymət $8,851 (R4 2021), ən yüksək orta qiymət isə $20,464 (R4 2023) olmuşdur

image

Elektrik avtomobilləri xüsusilə nəzərə çarpır.

 Əvvəlki ilə nəzərən 2023-cü ildə onların idxal miqdarı 5 dəfə, idxal dəyəri isə 6 dəfə artıb. - Hibrid avtomobillərin idxal payı da artmaqda davam edir. - Elektrik və hibrid avtomobillərin artan populyarlığı onların (a) az yanacaq sərfiyyatı və (b) yüksək texnoloji inkişafı ilə izah oluna bilər. Bundan əlavə, hibrid və elektrik avtomobillərin idxal olunmasına dövlət tərəfindən müxtəlif güzəştlərin tətbiq olunması onlara olan tələbata müsbət təsir göstərir.

image

Bu dövr ərzində həm hibrid avtomobillərin (daxili yanma və elektrik mühərrikli olanlar), həm də elektrik avtomobillərinin bazar payı artmış, daxili yanma mühərrikli avtomobillərin payı isə azalmışdır.

Elektrik avtomobilləri davamlı olaraq digər nəqliyyat vasitələrindən daha baha olmuşdur. 2022-ci ilədək Azərbaycana yalnız aşağı büdcəli hibrid avtomobillər idxal olunurdusa, həmin ildən sonra populyarlığın artması ilə daha bahalı hibrid modellərin də idxalına başlanmışdır.

image

2023-cü ildə Çin və Koreya avtomobillərinin idxalı kəskin şəkildə artmışdır. - Yuxarıda qeyd olunan ölkələr Azərbaycana əsas avtomobil ixracatçılarıdır və onların cəmi ixracı dövr ərzində olan ümumi avtomobil ixracının 80%-dən çoxunu təşkil edir.

image

- Birləşmiş Krallıqdan əsasən lüks avtomobillər idxal olunur. - Əvvəlki səhifədən də göründüyü kimi, bütün dövr ərzində Çinin idxal dəyərindəki payı idxal miqdarındakı payından daha böyükdür. Bu hal Çindən daha bahalı avtomobillərin idxal edildiyini göstərir ki, bu da yuxarıdakı qrafiklə bir daha təsdiqlənir.

image

Избранный
111
33
fed.az

10Источники