Xarici işlər nazirlərinin Türkiyədə keçirilməsi nəzərdə tutulan "3+3" formatında görüşünün dəqiq tarixi müəyyən edilib.
“İki sahil” “Armenpress”ə istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib.
“Tədbirin dəqiq tarixi var və o, diplomatik kanallarla elan ediləcək”, - səfir vurğulayıb.
Xatırladaq ki, 3+3 formatına Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistan daxildir. XİN başçılarının ilk görüşü 2021-ci ilin dekabrında Moskvada, ikinci toplantı isə 2023-cü ilin oktyabrında Tehranda baş tutub.