DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Cənubi Amerika zonasında növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün üç görüş baş tutub.
Yalnız bir matçda qalib müəyyənləşib. Belə ki, Braziliya və Ekvador yığmaları arasında oyun "sambaçılar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Rodriqo vurub.
Digər oyunlara gəlincə, Peru - Kolumbiya matçı 1:1, Uruqvay - Paraqvay qarşılaşması isə 0:0 hesabı ilə heç-heçə başa çatıb.
Uruqvayın heyəti də Luis Suares son oyunu keçirib. 37 yaşlı forvard milli karyerasını başa vurub.