RU

Tramp yəhudi respublikaçılara xəbərdarlıq etdi:

Yəhudi respublikaçılara müraciət edən ABŞ-ın keçmiş lideri Donald Tramp indiki vitse-prezident Kamala Harrisin noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi halda İsrailin daha mövcud olmayacağını bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən xəbər verir ki, Respublikaçılar partiyasının Yəhudi koalisiyası qarşısında çıxış edən Tramp seçiciləri noyabrda onu dəstəkləməyə çağıraraq, demokratların qələbəsinin İsrail üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib.

 

“Əgər onlar qalib gəlsələr, İsrail olmayacaq. Sadəcə, bunu yadda saxlayın. İsraili unuda bilərsiniz, belə olacaq. Buna görə də, noyabrın 5-də onlar çıxıb Trampa səs verməlidirlər. Bunu etməsələr, məncə, vəziyyət çox pis olacaq”, - Tramp xəbərdarlıq edib.

 

Bununla yanaşı, Kamla Harrisi dəstəkləyən yəhudi seçiciləri də tənqid edən sabiq prezident, onlara başlarını “müayinədən keçirməyi” məsləhət görüb. O, prezident Baydeni dəstəkləyən yəhudi demokratların öz dinlərinə və İsrail haqqında hər şeyə nifrət etdiklərini bildirib. ABŞ-ın ən yüksək vəzifəli yəhudi məmuru olan Senatdakı çoxluğun lideri Çak Şumeri isə Tramp “HƏMAS-ın qürurlu üzvü” adlandırıb.

 

Qeyd edək ki, ABŞ-ın Respublikaçılar partiyası ənənəvi olaraq İsrail yönümlü mövqeyi ilə seçilir.

Избранный
114
50
senzor.az

10Источники