Bakı. Trend:
Parisdə keçirilən XVII paralimpiya oyunları davam edir.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bu gün 3 paracüdoçumuz tatamiyəçıxıb.
Qadınların yarışında J1 lkateqoriyasında Xatirə İsmiyeva (+70kq), J2 kateqoriyasında Dürsədəf Kərimova (+70 kq) və kişilərinmübarizəsində Azərbaycanın əfsanəparacüdoçularından olan İlhamZəkiyev (+90 kq) J1 kateqoriyasında medallar uğrunda yarışır.
Paris-2024: Paracüdo yarışları
Qadınların mübarizəsi
+70 kq
J1 kateqoriyasında yarışan Xatirə İsmiyeva ilk görüşdə MaryamAldhanhaniyə (BƏƏ) “ipponla” qalib gəlib. O 1/4 finalda NazanGünəşlə (Türkiyə) qarşılaşacaq.
Bu çəkidə J2 kateqoriyasında mübarizə aparan Dürsədəf Kərimovanın1/4 finalda Rebeka de Souza Silvaya (Braziliya) uduzub. Dürsədəfbürünc uğrunda təsəlliverici görüşdə yerli idmançı Preskiliya Lezziilə qarşılaşacaq.
Kişilərin mübarizəsi
+90 kq
J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev 1/4 finalda yerliidmançı Ceyson Qrandraya uduzub. O bürünc uğrunda təsəllivericigörüşdə iştirak edəcək. Onun rəqibi niderlandlı Daniel Kneqtolacaq.