RU

İranda 7 məhkum edam edildi

İranın Nişabur, Şiraz və İsfahan şəhərlərinin həbsxanalarında saxlanılan 7 məhkum edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, məhbuslar adam öldürmək və narkotik maddələri satışında günahlandırılıblar.

Bununlada cari ildə İranda edam edilənlərin sayı 409 -a çatıb.

Edamlarının sayının artması BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Satonun məsələyə münasibət bildirməsinə səbəb olub.

"Ədalətli mühakimə qaydalarının pozulması və hüquqi prinsiplərə əməl olunmaması ilə həyata keçirilən edamlar qanunsuz sayılır",- deyə o bildirib.

Sato, İran hökumətinin beynəlxalq hüquqda ölüm cəzasına uyğun olmayan cinayətlərə görə insanları edam etdiyinə diqqət çəkib və bundan dərin narahatlıq keçirdiyini deyib.

visiontv.az



Избранный
139
2
visiontv.az

10Источники