Naməlum şəxslər ədliyyə üzrə dövlət naziri, Konqo Demokratik Respublikasının (KDR) möhürünün qoruyucusu Konstant Mutambanı zəhərləməyə cəhd ediblər.
Bu barədə Konqonun \"Actualite” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.
\"Araşdırmalar [Mutambanın bədənində] zəhərin olduğunu üzə çıxarıb”, – nazirə yaxın adamlar deyirlər.
\"Nazirə qulluq üçün ciddi tədbirlər görülür”, – diqqətə çatdırılıb.
Xəbərdə deyilir ki, zəhərlənmə Mutamba rəhbərliyinin korrupsiyada şübhəli bilinən hakimləri işdən çıxarmaqla hədələyərək KDR-nin məhkəmə sistemində islahatlara başlamasından sonra baş verib.
KDR Ədliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 2-nə keçən gecə nazirin ofisinə basqın edilib. Nazirlik bildirib ki, sonradan mütəxəssislər ofisin özündə və ona gedən dəhlizdə ağ tozun izlərini aşkar ediblər.
///report