RU

COP29-a hazırlıq işləri zirvə mərhələsindədir - Nazir müavini

“Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir”.

Yeniazerbaycan.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə müsahibəsində deyib.

O xatırladıb ki, mötəbər tədbir noyabrın 11-dən 22-nə kimi davam edəcək. Hazırlıq işləri çərçivəsində müxtəlif qurumların iştirakı ilə idarəetmə mərkəzlərinin yaradıldığını deyən nazir müavini fikirlərinə belə davam edib: “Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir.

Bakı tədbiri ən maraqlı COP tədbirlərindən olacaq və alınan qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılmasında mühüm əhəmiyyət kəsb edəcək”.

Избранный
98
29
yeniazerbaycan.com

10Источники