Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, o, bu haqda instaqram hesabında yazıb.
“Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında 3-cü medalı!
Bürünc mükafatçını təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərimizə təşəkkür edirəm!
Hər bir idmançıya möhkəm cansağlığı, güc və yeni nailiyyətlər arzulayıram!”, - paylaşımda qeyd olunub.