Rusiyalı qadın İndoneziyanın Lombok adasındakı vulkana təkbaşına dırmaşmağa çalışarkən yoxa çıxıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baza portalı Telegram kanalındayazıb.
Nəşrin məlumatına görə, qadın 2022-ci ildən Bali adasında yaşayıb və sentyabrda Rusiyaya qayıtmağı planlaşdırıb, lakin bundan əvvəl vulkana qalxmaq istəyib.
Ailəsi avqustun sonunda onunla əlaqə saxlaya bilib, lakin bundan sonra rus qadın daha onlarla əlaqə saxlamayıb.
Versiyalardan birinə görə, ölkədə bələdçisiz dağlara getmək qadağan olduğu üçün qadını polis saxlaya bilərdi.
Əli Babayev